Sizin reklam burada
Sizin reklam burada

Qvardiyaya ağır texnika ilə silahlanma hüququ verən layihə Dumaya təqdim edildi

Qvardiyaya ağır texnika ilə silahlanma hüququ verən layihə Dumaya təqdim edildi
Rusiya Qvardiyasına ağır texnika ilə silahlanma hüququ verən qanun layihəsi Dövlət Dumasına təqdim edilib.
Bunu Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış politoloq İqor Korotçenko deyib.
Ekspert bu layihəni “Vaqner” üsyanının ilk nəticəsi kimi dəyərləndirib.
Korotçenko layihədə Rosqvardiyaya tank, artilleriya, reaktiv yaylım atəş sistemi və zərbə helikopterlərinin verilməsinin nəzərdə tutulduğunu bildirib.
“Ordu generalı Viktor Zolotovun siyasi baxımdan ciddi güclənməsi üçün” - deyə o, əlavə edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş