Sizin reklam burada
Sizin reklam burada

"Razılığın mümkün olduğuna inanırıq"

"Razılığın mümkün olduğuna inanırıq"
ABŞ İrəvan və Bakı arasında növbəti aylarda danışıqların davam etdirilməsini səbirsizliklə gözləyir.
Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.
“Biz hələ də razılığın mümkün olduğuna inanırıq və yaxın aylarda gələcək danışıqları səbirsizliklə gözləyirik” - o vurğulayıb.
Qeyd edək ki, iyunun 27-29-da ABŞ-da Azərbaycan və Ermənistan XİN rəhbərləri ikitərəfli danışıqlar aparıb. Onlar Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinken və ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüblər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş