Sizin reklam burada
Sizin reklam burada

"Əks-hücum həm də iqtisadi və diplomatik xarakter daşıyır"

"Əks-hücum həm də iqtisadi və diplomatik xarakter daşıyır"
Ukrayna hələ tam ölçüdə əks-hücum əməliyyatına başlamayıb, onu vaxta bağlamaq ədalətsizlikdir.
Bunu Böyük Britaniya Müdafiə Qərargahının rəisi admiral Toni Radakin bildirib.
"Əks-hücum heç vaxt tək bir hərəkat olmayıb, bu, həm də iqtisadi və diplomatik xarakter daşıyır" - Radakin vurğulayıb.
Onun sözlərinə görə, son bir neçə həftə ərzində Ukrayna Rusiyadan daha çox mövqe tutub: "Rusiya ordusu o qədər zəifdir ki, onun əhəmiyyətli əks-hücum üçün gücü yoxdur - 18 aylıq döyüşdə onlar təxminən 2000-2500 tank itirdilər".
Admiral qeyd edib ki, Ukrayna qırıcıları “Storm Shadow” raketlərindən səmərəli istifadə edir. Onlar kifayət qədər mürəkkəb olsalar da, Rusiyanın hava hücumundan müdafiəsini məğlub edirlər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ