Sizin reklam burada
Sizin reklam burada

"ABŞ-ın hökmranlığı olmayacaq"

"ABŞ-ın hökmranlığı olmayacaq"
"BRICS ölkələri vahid valyuta yaratsalar, de-dollarizasiyanı sürətləndirəcəklər"
Bunu “Les Echos”un fransız nəşrinin köşə yazarı Kler Barjeles deyib.
O qeyd edib ki, Cənubi Afrikada keçiriləcək BRICS sammitində əsas məsələlərdən biri yeni vahid valyutanın yaradılması olacaq. Onun sözlərinə görə, beş dövlətdən ibarət bu qrup dünya əhalisinin 40%-dən çoxunu, dünya ÜDM-nin demək olar ki, dörddə birini və planetdəki ticarətin 18%-ni təşkil edir.
"ABŞ-ın hökmranlığı olmayacaq çoxqütblü dünyanı qorumağa yönəlmiş pul ambisiyalarına sahib olmaq kifayətdir və ümumiyyətlə, Qərb ölkələrinin hökmranlığı keçmişdə qalacaq" - Barjeles deyib.
İyunun 28-də birqütblülük əsasında kəskinləşən qlobal maliyyə sisteminin BRICS qrupunun genişlənməsi səbəbindən dəyişə biləcəyi barədə məlumat yayılıb.
Bundan əvvəl "infoBRICS" portalı ABŞ prezidentliyinə keçmiş namizəd Ron Paula istinad edərək yazırdı ki, dollarla mübarizəyə başlayan BRICS ölkələrinə başqa dövlətlər də qoşulmağa başlayıb və onların sayı daha da çox olacaq.
İyunun 18-də Avrasiya İqtisadi Komissiyasının inteqrasiya və makroiqtisadiyyat naziri Sergey Qlazyev bəyan edib ki, BRICS platformasında millətlərarası valyutanın yaradılması perspektivli və mahiyyətcə unikal ideyadır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş