Sizin reklam burada
Sizin reklam burada

"Generalların hamısı öz hökmünü imzalayıblar"

"Generalların hamısı öz hökmünü imzalayıblar"
"Vaqner"in komandirləri ən perspektivli siyasətçi Priqojinə sadiq qalırlar və onun istənilən əmrini yerinə yetirəcəklər. Nə FSB, nə də Surovikin başlayanı dayandıra bilməyəcək.
Bu sözlər “Vaqner”in sosial media hesabında yayılan müraciətdəndir.
“Vaqnerin Ədalət Yürüşü Gerasimov və Şoyqunun cəzasıdır.
İllərdir ordunu məhv edirsənsə, illərlə ən döyüşə hazır birliyi məhv etməyə çalışırsansa, əgər sən Muradovları mükafatlandırıb, vicdanlı generalları qovursansa, əgər sən adi əsgərləri axmaq hücumlarda tərk etmisənsə, o zaman ədalətin zəfər çalacağına hazır olmaq lazımdır.
Şoyqu və Gerasimov hazırdırmı?
Titrəyən əlləri ilə vaqnerçilərə müraciət edən generalların hamısı, əslində, öz hökmünü imzalayıblar. Məhkəmə olacaq. Surovikin Xersonun təslim olmasına görə cavab verəcək”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş