Sizin reklam burada
Sizin reklam burada

"PKK uşaqlardan əsgər kimi istifadə edir"

"PKK uşaqlardan əsgər kimi istifadə edir"
Birləşmiş Millətlər Təşkilatı PKK terror təşkilatı və onun Suriyadakı qolu PYD, YPG-nin 2022-ci ildə Suriyada 1 200-dən çox uşağı silahlandırdığını açıqlayıb.
Bu barədə BMT-nin hesabatında deyilir.
Təşkilatın 2022-ci ilin yanvar-dekabr dövrü üçün hazırladığı “İllik silahlı qarşıdurmalarda uşaqlar” hesabatında PKK terror təşkilatı və onun Suriyadakı qolu YPG-nin ötən il 1 200-dən çox uşaqdan döyüşçü kimi istifadə etdiyi bildirilib.
Hesabatda Suriyada 2 min 407 uşağın zorakılıqla üzləşdiyi, 1 696 azyaşlının YPG/PKK, PYD tərəfindən döyüşçü və ya müxtəlif məqsədlər üçün istifadə edildiyi bildirilib.
Hesabatda PKK-nın Suriya qolu olan PYD-dən 637, YPG/PKK və PYD-yə bağlı qruplaşmalardan isə 633 uşağın hərbi xidmətə cəlb edildiyi olunur.
"PYD/PKK-nın uşaqlardan əsgər kimi istifadə etməsindən son dərəcə narahatam. Onları uşaqları əsgər kimi və başqa məqsədlər üçün istifadə etməyi dayandırmağa və öz sıralarındakı bütün uşaqları azad etməyə çağırıram” - BMT Baş katibi Antoniu Quterreş qeyd edib.

  • Sosial şəbəkədə paylaş