Sizin reklam burada
Sizin reklam burada

Rusiyanın dondurulmuş aktivlərindən istifadəyə dair qanun hazırlanır

Rusiyanın dondurulmuş aktivlərindən istifadəyə dair qanun hazırlanır
Avropa İttifaqı Ukraynaya növbəti maliyyə yardımı ayırıb.
Bunu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen məlumat verib.
“Biz Ukraynaya makromaliyyə yardımı şəklində 1,5 milyard avro həcmində vəsait köçürdük” - Avropa Komissiyasının rəhbəri qeyd edib.
Ursula fon der Lyayen əlavə edib ki, Avropa İttifaqı Ukraynanın bərpası üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadəyə dair qanunun hazırlanması üzərində də işə başlayıb.
O həmçinin əlavə edib ki, Aİ büdcə kəsirini kompensasiya etmək üçün Ukraynaya 50 milyard dollar ayırmağı planlaşdırır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş