Sizin reklam burada
Sizin reklam burada

Rusiya qoşunlarının maddi-texniki təminatı pozuldu

 Rusiya qoşunlarının maddi-texniki təminatı pozuldu
Müvəqqəti olaraq işğal olunmuş Krımla inzibati sərhəddə yerləşən Çonqar körpüsünə zərbə endirilib.
Bu barədə Krım tatar xalqı Məclisinin sədri Refat Çubarov "FREEDOM" telekanalının efirində məlumat verib.
O bildirilib ki, zərbədən sonra Rusiya qoşunlarının maddi-texniki təminatı pozulub.
Çubarovun sözlərinə görə, Çonqardan keçən yol yarımadadan Melitopol, Zaporojye vilayəti və Cənub Cəbhəsinə gedən ən qısa yoldur. Rusiya işğalçı qüvvələri üçün hərbi texnika və sursatla əsas yük axını məhz bu körpüdən keçirdi.
"İndi bu axını Kolonçak və Çaplinka vasitəsilə yönləndirmək lazım gələcək və bu, nəqliyyatın hərəkətini daha da çətinləşdirir. Həmin yollar körpünün vurulduğu marşrutdan xeyli zəifdir. Ona görə də demək olar ki, Rusiyanın hərbi qüvvələrinin bir hissəsini təchiz etmək imkanı var. Avadanlıq və sursat körpüyə vurulan zərbə ilə xeyli zəifləyib" - məclis sədri deyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş