Sizin reklam burada
Sizin reklam burada

"Türkiyənin böyüklüyünü nəzərə alaraq, uyğunlaşmaq məcburiyyətindədirlər”

"Türkiyənin böyüklüyünü nəzərə alaraq, uyğunlaşmaq məcburiyyətindədirlər”
Belçikada fəaliyyət göstərən Avropa Siyasət Mərkəzi Avropa Birliyinin yeni dönəmdə Türkiyə ilə necə münasibət qurmalı olduğuna dair təhlil yayımlayıb.
Analizdə Ankara-Brüssel xəttində münasibətlərin uzun müddətdir gərgin vəziyyətdə olduğu və bunun tezliklə həllinin olmayacağı bildirilir.
Mərkəzin ekspertləri Prezident Rəcəb Tayyib Ərdoğanın çətin tərəfdaş olduğu qənaətindədirlər: “Amma Türkiyənin böyüklüyünü və getdikcə parçalanan dünyada artan geostrateji əhəmiyyətini nəzərə alaraq, AB liderləri Türkiyəyə uyğunlaşmaq məcburiyyətindədirlər”.
Təhlildə Ərdoğanın rəhbərliyi altında sərt və yumşaq güclə çevik diplomatiyanın sintezindən formalaşan xarici siyasətin getdikcə öz müstəqilliyini daha da gücləndirdiyi vurğulanır.
“Türkiyə həm ətrafında, həm də onun hüdudlarından kənarda getdikcə daha nüfuzlu bir aktora çevrilir” - analizdə deyilir.
Mərkəzin ekspertləri Ankaranın uğurlu geosiyasi tarazlıq siyasəti yürütdüyünü söyləyirlər: “Türkiyə Rusiyanın işğalını qınayıb, NATO-dakı müttəfiqləri ilə çiyin-çiyinə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Ukraynaya silah verir. Digər tərəfdən, Rusiya ilə ticarətini davam etdirir. İsveçin NATO üzvlüyünə hələ də “yaşıl işıq” yandırmayıb”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş