Sizin reklam burada
Sizin reklam burada

Avropa ölkələri müdafiə alışlarının təxminən yarısını ABŞ texnikasına xərcləyir

Avropa ölkələri müdafiə alışlarının təxminən yarısını ABŞ texnikasına xərcləyir
Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar olaraq Avropa ölkələri hərbi büdcələrini sürətlə artırmağa başlayıblar, lakin Avropa silah sənayesi bütün tələbatı ödəməyə hazır deyil.
Bu barədə "Politiko" nəşrində dərc olunan məqalədə bildirilib.
Qeyd olunub ki, avropalıları Amerika hərbi-sənaye kompleksi xilas edir: "2022-ci ildə Avropa xərcləri 13 faiz artıraraq, 345 milyard dollara çatdırdı. Bunun demək olar ki, üçdə biri Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə yönləndirildi".
Məqalə müəllifləri qeyd edirlər ki, hazırda Avropa ölkələri müdafiə alışlarının təxminən yarısını ABŞ texnikasına xərcləyir və Vaşinqton bu asılılığın qalmasını təmin etməyə çalışır. Avropa liderləri, əksinə, öz hərbi sənayesini inkişaf etdirmək əzmindədirlər, lakin bununla bağlı hələ də açıq problemlər var.

Conflict.az

  • Sosial şəbəkədə paylaş