Sizin reklam burada
Sizin reklam burada

Silvio Berluskoninin mirası təxminən 4 milyard avrodur

Silvio Berluskoninin mirası təxminən 4 milyard avrodur
İyunun 12-də vəfat edən İtaliyanın keçmiş baş naziri və “Forza Italia” Partiyasının qurucusu Silvio Berluskoninin mirası təxminən 4 milyard avrodur.
Məlumata görə, Berluskoninin əsas aktivləri arasında onun 1978-ci ildə yaratdığı “Fininvest” media qrupunun səhmlərinin 61%-i də var. Qalan səhmlər onun övladlarına məxsusdur. 2021-ci ilə aid son hesabata görə, şirkətin xalis gəliri 4,9 milyard avro təşkil edib.
Bildirilir ki, Berluskoninin ölkə boyu 10-dan çox villası, bundan əlavə, Roma və Milanda yaşayış və digər daşınmaz əmlakı var.
Bundan əlavə, siyasətçi iki yaxta və bir yelkənli qayıq, həmçinin “Audi A17” markalı avtomobilə sahib olub.
Həmçinin, “Monza” futbol klubu da ölkənin keçmiş baş nazirinə məxsus idi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş