Sizin reklam burada
Sizin reklam burada

"Düşmən hücumu dayandırmaq üçün hər şey etməyə çalışır"

 "Düşmən hücumu dayandırmaq üçün hər şey etməyə çalışır"
Rusiya Kaxovka su elektrik stansiyasında törədilən terror aktından sonra dayanmır və bəndləri dağıtmağa davam edir. İndi düşmən Zaporojye vilayətində bəndi uçurub.
Bunu Ukraynanın Tavriya Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mərkəzinin spikeri Valeri Şerşen deyib.
"Ruslar Donetsk vilayəti ilə sərhəddə, Zaporojye vilayətinin Poloqovski rayonunun Novodarovka kəndi yaxınlığında bəndi partladıblar. Aydındır ki, düşmən Ukrayna qoşunlarının hücumunu dayandırmaq üçün hər şeyi etməyə çalışır. Su bəndinin dağıdılması daşqınlara səbəb olub. Bu, Mokrıye Yalı çayının hər iki sahilinin daşmasına səbəb olub"- o bildirib.
Şerşen bunun Ukrayna Silahlı Qüvvələrinin əks-hücum hərəkətlərinin gedişatına heç bir şəkildə təsir etməyəcəyini vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş