Sizin reklam burada
Sizin reklam burada

"Mübahisəli məsələlərdə nə edilə biləcəyimizi araşdırırıq"

"Mübahisəli məsələlərdə nə edilə biləcəyimizi araşdırırıq"
ABŞ administrasiyası Ermənistan və Azərbaycan rəhbərliyinə sülh sazişi çərçivəsində bəzi məsələlərin həlli ilə bağlı təkliflərini təqdim edib.
Bu barədə bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsinin dinləmələrində bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında danışıqlar prosesində irəliləyiş var.
“Mayın əvvəlində dövlət katibi iki ölkənin xarici işlər nazirlərini bir sıra ən mübahisəli məsələlərin, məsələn, sərhəd bölgəsindəki qoşunların çıxarılması, müqavilədəki mübahisələrin həlli mexanizmi üzərində işləməyi qəbul etdi" - deyə o bildirib.
Mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılıb.
Hoqanın sözlərinə görə, bu görüşdə iki tərəf arasında sıx diplomatik qarşılıqlı əlaqə olub.
"Biz indi ən mübahisəli məsələlərdə nə edilə biləcəyini araşdırırıq. Biz bir sıra təkliflər irəli sürdük ki, ola bilsin ki, hər iki tərəf fikir ayrılıqlarını aradan qaldırmaq üçün hansısa ortaq məxrəc tapıblar" - deyə Hoqan bildirib.
O qeyd edib ki, ötən həftə “hansı sahələrdə irəli gedə biləcəyimizi” anlamaq üçün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə danışıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş