Sizin reklam burada
Sizin reklam burada

"Biz inanırıq ki, Krım Ukraynadır"

"Biz inanırıq ki, Krım Ukraynadır"
"Birləşmiş Ştatlar Krıma zərbələr endirmək üçün Kiyevə ötürülən silahların istifadəsinə heç bir məhdudiyyət qoymayıb".
Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
"Biz, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki ərazilərə zərbə endirməsi üçün heç bir məhdudiyyət qoymamışıq. Biz Ukraynanın Rusiyaya zərbə endirmək üçün Amerika və Qərb silahlarından istifadə etməsinə icazə verməyəcəyimizi söylədik. Biz inanırıq ki, Krım Ukraynadır" - deyə Sullivan CNN-ə müsahibəsində bildirib.
Bir gün əvvəl o, Ağ Evin Ukraynanın "F-16" qırıcılarını nə vaxt, kimdən və hansı miqdarda alacağını müəyyən etmək üçün müttəfiqlərlə işləyəcəyini bildirib.
Qeyd edək ki, Krım 2014-cü ildə Rusiyanın tərəfindən ilhaq edilib.
Kiyev isə Krımı müvəqqəti işğal olunmuş ərazi hesab edir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş