Sizin reklam burada
Sizin reklam burada

Vardanyan Arutyunyana ultimatum göndərdi

Vardanyan Arutyunyana ultimatum göndərdi
Qarabağdakı separatçılar arasında siyasi proseslər özünün aktiv fazasına daxil olub.
Bu məlumatı “Hraparak” qəzeti yayıb.
Məlumata görə, Samvel Babayanın həmləsindən sonra Ruben Vardanyan da aktivləşib. Onun bu gün mətbuat konfransı keçirəcəyi və yeni cəbhəni elan edəcəyi bildirilib: “Biz bir neçə gün əvvəl yazmışdıq ki, Vardanyan və “parlamentdəki” 4 qüvvənin iştirakı ilə “Qarabağın xilası planı” hazırlanıb. O, aylar əvvəl Təhlükəsizlik Şurasına və Araik Arutyunyana təqdim edilib. 9 mayda Vardanyan mitinq zamanı Arutyunyana ultimatum göndərib. Yəni ya bu planı reallaşdıracaqsan, ya da biz reallaşdıracağıq”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş