Sizin reklam burada
Sizin reklam burada

NATO və Yaponiya Fərdi Tərəfdaşlıq Planı imzalayacaq

NATO və Yaponiya Fərdi Tərəfdaşlıq Planı imzalayacaq
NATO regiondakı müttəfiqlərlə vaxtaşırı məsləhətləşmələr aparmaq üçün Tokioda Asiyada ilk əlaqə ofisi açacaq.
Bu barədə Yaponiya və NATO rəsmilərinə istinadən məlumat yayılıb.
Bölmə alyansa Yaponiya və Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi regiondakı əsas tərəfdaşları ilə vaxtaşırı məsləhətləşmələr aparmağa imkan verəcək. Qeyd olunur ki, “Çin və onun Rusiya ilə əməkdaşlığı blok üçün yeni çağırışa çevrildiyindən” əlaqə ofisinin açılması zəruridir.
NATO və Yaponiya Fərdi Tərəfdaşlıq Planı imzalamağı planlaşdırırlar. Proqrama əsasən, hər iki ölkə kibertəhlükələrə qarşı mübarizədə əməkdaşlığı dərinləşdirəcək, yeni texnologiyalar sahəsində əməkdaşlıq edəcək və dezinformasiya ilə mübarizə üçün məlumat mübadiləsi aparacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş