Sizin reklam burada
Sizin reklam burada

"Zelenski Ukrayna adından belə müzakirələrə razılıq verməyib"

"Zelenski Ukrayna adından belə müzakirələrə razılıq verməyib"
Ukrayna Vatikanın müharibəni dayandırmağa yönəlmiş sülhməramlı missiyası haqqında məlumatsızdır.
Bu barədə CNN-ə verdiyi şərhdə Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinə yaxın olan adı açıqlanmayan məmur bildirib.
O, Papanın Vatikanın indi müharibəni həll etmək məqsədi daşıyan hansısa “missiyada” iştirak etməsi ilə bağlı iddialarını təkzib edib:
"Prezident Zelenski Ukrayna adından belə müzakirələrə razılıq verməyib. Danışıqlar gedirsə, bizim xəbərimiz və xeyir-duamız olmalıdır".
Qeyd edək ki, Papa Fransisk Vatikanın Ukraynadakı münaqişə çərçivəsində sülhməramlı missiyanın işində iştirak etdiyini, lakin bu barədə hələlik məlumat açıqlamadığını bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş