Sizin reklam burada
Sizin reklam burada

"NATO Komandanlığı təhdidləri qiymətləndirir"

"NATO Komandanlığı təhdidləri qiymətləndirir"
NATO-nun yaxın gələcəkdə Finlandiyada döyüş qrupları yaratması ehtimalı azdır.
Bu barədə “Blumberq” NATO-dakı mənbələrə istinadən yazır.
Alyansın yüksək rütbəli rəsmisi bildirib ki, hazırda Finlandiyada NATO döyüş qruplarını yerləşdirmək planları yoxdur.
O əlavə edib ki, NATO Ali Komandanlığı daim təhdidləri qiymətləndirir və lazım bildiyi təqdirdə belə bir addımın atılmasını tövsiyə edə bilər.
Qeyd olunur ki, Finlandiya hələlik öz ərazisində NATO-nun döyüş qrupunun yerləşdirilməsi ilə bağlı sorğu verməyi planlaşdırmır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş