Sizin reklam burada
Sizin reklam burada

"Rusiya ərazilərin itirilməsi ilə barışa bilmir"

"Rusiya ərazilərin itirilməsi ilə barışa bilmir"
Ukrayna qoşunları Krıma daxil olduqdan sonra Rusiya qüvvələri yarımadaya yenidən hücuma keçəcək. Rusiya bundan sonra çata biləcəyi əraziləri atəşə tutacaq.
Bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
Eyni zamanda o qeyd edib ki, Ukrayna qüvvələri yarımadanı bağlayacaq, dərhal hava hücumundan müdafiə sistemləri yerləşdirəcək.
“Rusları nokaut etdikdən sonra Krım ərazisinə zərbə endirmək ehtimalı yüz faizdir. Rusiya ərazilərin itirilməsi ilə barışa bilmir. Onlar atəş açmağa çalışırlar” - Jdanov bildirib.
Ukraynalı hərbi mütəxəssislər yarımadanın azad edilməsi üçün atılacaq 12 addım artıq bəlli olduğunu deyirlər. Bundan əlavə, Ukrayna hökuməti işğaldan azad edilmiş Krım üçün gələcəkdə kadr ehtiyatının hazırlanmasına başlamaq barədə qərar qəbul edib.
Ukrayna ordusunun ehtiyatda olan polkovniki Roman Svitanın sözlərinə görə, Krımı ABŞ-ın ATACMS uzaqmənzilli raketlərinin köməyi ilə azad etmək olar.

Conflict.az

  • Sosial şəbəkədə paylaş