Sizin reklam burada
Sizin reklam burada

"Pekinin indi “neytral” baxışları var"

"Pekinin indi “neytral” baxışları var"
Çin Kuril adalarının mülkiyyəti ilə bağlı mövqeyinə yenidən baxıb.
Bu barədə Yaponiyanın "Kyodo Nyus" nəşrinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, Pekinin indi “neytral” baxışları var.
Xəbər agentliyi qeyd edib ki, Çin sədri Si Szinpin Moskvada Vladimir Putinlə bu yaxınlarda apardığı danışıqlarda Kuril adalarını Yaponiyanın bir hissəsi kimi tanımayıb. O, bu mübahisədə heç bir tərəfi dəstəkləməyib və neytral qalıb: "Beləliklə, Si Szinpin Çinin təxminən altı onillikdə mövcud olan mövqeyindən uzaqlaşıb. 1964-cü ildə Çin lideri Mao Zedonq dörd mübahisəli Kuril adasını Yaponiya ərazisi kimi tanıyıb. Daha sonra iyul ayında o, açıq şəkildə Yaponiya Sosialist Partiyasına bildirib ki, Kuril adaları onlara qaytarılmalıdır".

Conflict.az

  • Sosial şəbəkədə paylaş