Sizin reklam burada
Sizin reklam burada

"Bu seçkilərə ən yüksək səviyyədə müdaxilədir"

"Bu seçkilərə ən yüksək səviyyədə müdaxilədir"
ABŞ-ın keçmiş prezidenti Donald Tramp münsiflər heyətinin ona qarşı irəli sürdüyü ittihamlara münasibət bildirib.
Bu barədə RİA Novosti məlumat yayıb. Siyasətçinin fikrincə, bu vəziyyət siyasi təqib və seçkilərə ən yüksək səviyyədə müdaxilədir.
Keçmiş Amerika lideri Manhetten vəkili Alvin Braqqı Nyu-Yorkda törədilən cinayətlərlə mübarizə aparmaq əvəzinə, ABŞ-ın hazırkı prezidenti Co Baydena qarşı "çirkli iş görməkdə" də ittiham edib.
Xatırladaq ki, bir gün əvvəl Nyu-Yorkun böyük münsiflər heyəti Tramp Təşkilatının maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə Trampı ittiham edib.
CNN mənbələrə istinadən xəbər verir ki, Manhetten prokurorları Trampı 30-dan çox biznes dələduzluğu maddəsi ilə ittiham edir.
Onun vəkili Süzan Neçeles Trampın könüllü olaraq aprelin 4-də ittihamlarla üzləşmək üçün məhkəməyə gələcəyini söyləyib.
10 Martda isə məlum olub ki, 2006-2007-ci illərdə cinsi əlaqədə olduğu pornoqrafik aktrisa Stormi Danielsə pul ödədiyi üçün cinayət məsuliyyətinə cəlb olunmaq üzrədir. İddialara görə, 2016-cı il prezidentlik kampaniyasının qızğın vaxtında Trampın vəkili Maykl Koen onun sirrini saxlamaq üçün ona 130 min dollar ödəyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş