Sizin reklam burada
Sizin reklam burada

"Səylərimiz müdafiə sektorunda infrastrukturun gücləndirilməsinə yönəlib"

"Səylərimiz müdafiə sektorunda infrastrukturun gücləndirilməsinə yönəlib"
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvaya səfəri çərçivəsində Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski ilə görüşüb.
Görüşdə Tehran və Moskva əməkdaşlığı, o cümlədən hərbi sahədə əlaqələr müzakirə olunub.
"Bizim birgə səylərimiz ticarət, turizm və elmi-texniki əməkdaşlıq, eləcə də müdafiə sektorunda əməkdaşlıq üçün zəruri olan infrastrukturun gücləndirilməsinə yönəlib" - Abdullahian deyib.
Qeyd edək ki, İran XİN rəhbəri bundan öncə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş