
Martın 3-də "6-lı Masa"dan ayrılan Meral Akşener İYİ Partiyanın idarə heyəti ilə uzun müzakirə aparıb.
Bu barədə partiyanın sədr müavini Mehmet Tolqa Akalın sosial şəbəkə hesabından paylaşım edib.
O bildirib ki, "Türkiyə siyasətini 21 illik "tıxac"dan çıxaracaq 3-cü yol açmalarından çox məmnundurlar".
Sədr müavininin bu açıqlaması Meral Akşenerin başqa partiyalarla ittifaq quracağı qənaəti yaradıb
Qeyd edək ki, Ərdoğan son açıqlamasında "tökülən daşları toplamaq niyyətndə deyilik" - deyə İYİ partiyaya qapılarıı bağlasa da, Məmləkət partiyasının sədri, prezidentliyə keçmiş namizəd Məhərrəm İncə ona qapılarını açıb: "Gəlsin, mən prezident, o, baş nazir olsun".
Conflict.az