Sizin reklam burada
Sizin reklam burada

Hökumətin sifarişlərini yerinə yetirməyən müəssisələrə qəyyumlar təyin ediləcək

Hökumətin sifarişlərini yerinə yetirməyən müəssisələrə qəyyumlar təyin ediləcək
Rusiya prezidenti Vladimir Putin Rusiya müdafiə sənayesi şirkətləri üçün mühüm fərman imzalayıb.
Müdafiə sahəsində hökumətin sifarişlərini yerinə yetirməyən və məhsul tədarük etməyən müəssisələrə qəyyumlar təyin ediləcək.
Bundan əlavə, sözügedən müəssisələrdə auditin aparılması üçün işçi qrupu yaradılacaq.
Fərmana əsasən, sözügedən şirkətlər Rusiya dövlətinin müdafiə sahəsindəki sərəncamları rədd edəcəyi təqdirdə qəyyum təyin ediləcək: “Bu sahibkarlıq subyektlərinin səhmdarlarının və direktorlarının hüquqları dayandırılacaq”.
Fərmanın artıq qüvvəyə mindiyi bildirilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş