Sizin reklam burada
Sizin reklam burada

"Krımı Rusiya üçün yararsız hala salmaq prioritetdir”

"Krımı Rusiya üçün yararsız hala salmaq prioritetdir”
ABŞ ordusunun Avropa qüvvələrinin keçmiş komandanı, istefada olan general-leytenant Ben Hodces Ukrayna Silahlı Qüvvələrinin Krıma ehtimal edilən hücum planını açıqlayıb.
General Ukraynanın yarımadanı Rusiya işğalından azad etməsi üçün uzaqmənzilli silahlara ehtiyacının olduğunu deyib.
Hodces Krımın necə azad ediləcəyi ilə bağlı bir xəritə də təqdim edib: “Birinci mərhələdə Ukrayna qüvvələri Rusiyanın Qara dəniz donanmasının hərbi infrastrukturuna uzaqmənzilli zərbələr endirməlidir. İkinci mərhələdə isə işğalçılar üçün vacib olan digər hədəfləri vurmaqla yarımadanı işğalçı ölkənin ordusunun qoşunları üçün yararsız hala salmalıdır.
Bu xəritə uzaq məsafədən yüksək dəqiqliyə malik zərbələrlə Krımı rus qoşunları üçün necə yararsız hala sala biləcəyini göstərir. Bəziləri bunun bahalı, genişmiqyaslı quru hücumu tələb edəcəyini düşünürlər. Amma ilk növbədə Krımı Rusiya üçün yararsız hala salmaq prioritetdir”.
Ukraynanın bir ildir uzaqmənzilli ATACMS raketlərini ala bilmədiyini qeyd edən amerikalı general bunun çox məyusedici olduğunu söyləyib: “Uzun məsafədə dəqiqlik lazım olan şeydir, sistemin adı o qədər də vacib deyil”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş