Sizin reklam burada
Sizin reklam burada

SEPAH çirkli pulların yuyulması üçün offşor şirkətlər yaradıb

SEPAH çirkli pulların yuyulması üçün offşor şirkətlər yaradıb
“İran İslam İnqilabı Keşikçiləri Korpusu”nun “Qüds” briqadasının komandirləri çirkli pulların yuyulması üçün istifadə edilən bir sıra offşor şirkətlər yaradıblar.
SEPAH-ın gizli fəaliyyətini ifşa edən sənədlər Böyük Britaniyada fars dilində fəaliyyət göstərən “Iran International” saytı tərəfindən ələ keçirilib.
Sənədlər SEPAH-ın komandirlərinin molla rejimindən faydalanan terror təşkilatlarının hesablarına pul köçürərək necə saxta tikinti şirkətləri qurduqlarını göstərir. Eksterimist təşkilatlara göndərilən vəsaitlər, ilk növbədə, İranın qanuni enerji ixracı müqabilində İraqda əldə edilən gəlirlərdən qaynaqlanır.
Məlumatda qeyd edilir ki, SEPAH “müqavimət” adı altında çirkli pulları yumaq üçün HƏMAS, “İslami Cihad”, “Hizbullah” və digər bu kimi terror təşkilatlarını uzun müddətdir maliyyələşdirir.
ABŞ Dövlət Departamenti “Qüds” briqadası da daxil olmaqla SEPAH-ı terror təşkilatı kimi tanıyıb. Kanada, İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn də SEPAH-ı terror təşkilatı hesab edir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş