
Respublikaçı konqresmen Pol Qosar ABŞ-ın hansı şəraitdə yeni dünya müharibəsinə cəlb oluna biləcəyini irəli sürüb.
Bu barədə o, Tvitterdə yazıb. Qosar ABŞ-ın dünya müharibəsinə cəlb olunma səbəbini açıqlayıb və bunun Amerikanın dövlət katibi Entoni Blinkenin Rusiyaya olan irrasional nifrəti ilə əlaqələndirib. Onun sözlərinə görə, bu güclü hiss həm də dövlət katibinin müavini Viktoriya Nulandda "dərin kök salıb". Nəticədə həm Blinken, həm də Nuland “ABŞ-ı yeni dünya müharibəsinə sürükləyir”.
Konqresmen bir gün əvvəl Nulandı Ukrayna böhranını gərginləşdirməkdə ittiham edən amerikalı milyarder İlon Maskın fikrini dəstəkləyib. "Bunlar bizim ölümümüzə səbəb olacaq təhlükəli axmaqlardır" - Qosar yekunda qeyd edib.
Conflict.az