Sizin reklam burada
Sizin reklam burada

"Putin ukraynalıların azadlıq sevgisinə qalib gələ bilməyəcək"

"Putin ukraynalıların azadlıq sevgisinə qalib gələ bilməyəcək"
Rusiya prezidenti Vladimir Putin ukraynalıların azadlıq sevgisinə qalib gələ bilməyəcək, ona görə də Ukrayna heç vaxt Rusiyanın qurbanı olmayacaq.
Bunu ABŞ prezidenti Co Baydenin Polşaya səfəri zamanı bəyan edib.
Baydenin sözlərinə görə, təcavüzkarı və onun hakimiyyət iştahını doyuzdurmaq mümkün deyil.
“Biz ona deyirik: Yox, yox və yox. Sən Ukraynanı, onun azadlığını, gələcəyini əlindən almayacaqsan. İmperiya heç vaxt xalqın azadlıq sevgisinə qalib gələ bilməyəcək və Ukrayna heç vaxt Rusiyanın qurbanı olmayacaq” - deyə ABŞ prezidenti vurğulayıb.
Xatırladaq ki, dünən Bayden Ukraynaya səfər edib və Prezident Volodimir Zelenski ilə görüşüb. Bu gün isə Bayden Polşaya gəlib və orada Polşa dövltə başçısı Anjey Duda ilə danışıqlar aparıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş