
Mənə elə gəlir ki, bizim sənədimiz, təklif etdiyimiz “sülh formulu” artıq çoxlu sayda dövlət tərəfindən dəstəklənib.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Biz fevralın 23-də müvafiq qətnamənin səsə qoyulacağı zaman onlardan bizim təşəbbüslərimizi dəstəkləyəcəklərini gözləyirik. Birləşmiş Millətlər Təşkilatının iclasında bir mövqenin olması vacibdir" - Zelenski bildirib.
Qeyd edək ki, Kiyev administrasiyası ölkənin ərazi bütövlüyü və suverenliyinə əsaslanan 10 maddəlik sülh formulu irəli sürüb.
Conflict.az