Sizin reklam burada
Sizin reklam burada

"Çin, Hindistan və Hollandiya kimi ölkələr də risk altında olacaq"

"Çin, Hindistan və Hollandiya kimi ölkələr də risk altında olacaq"
BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının iclasında çıxış edərək dəniz səviyyəsinin qalxması səbəbindən bibliya nisbətində faciənin baş verə biləcəyi barədə xəbərdarlıq edib.
O, bütün ölkələrin siyasətçilərini bu fəlakətdən əziyyət çəkə biləcək insanlara necə kömək etmək mümkün olduğu barədə düşünməyə çağırıb.
Quterreş hesab edir ki, hazırda təxminən bir milyard insan alçaq sahil ərazilərində yaşayır və onların hamısı risk altındadır.
"Buzlaqların əriməsinin davam etməsi ilə təkcə ada dövlətləri deyil, Banqladeş, Çin, Hindistan və Hollandiya kimi ölkələr də risk altında olacaq" - o xəbərdarlıq edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş