Sizin reklam burada
Sizin reklam burada

“Cənubi Qafqazın üç ölkəsinin sülhə töhfə verməsi çox vacibdir"

“Cənubi Qafqazın üç ölkəsinin sülhə töhfə verməsi çox vacibdir"
Gürcüstanda səfərdə olan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu ölkənin dövlət telekanalına müsahibə verib.
AB rəsmisi müsahibədə digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan əlaqələrinin nizamlanmasında Gürcüstanın rolundan da danışıb.
“Cənubi Qafqazın üç ölkəsinin birlikdə işləməsi və sülhə töhfə verməsi çox vacibdir və burada Gürcüstanın Ermənistanla Azərbaycan arasında körpü rolu çox vacibdir. İrakli Qaribaşvili ilə artıq bu istiqamətdə atılan addımları müzakirə etdik. Ümid edirəm ki, gələcəkdə Avropa Birliyi ilə Cənubi Qafqazın üç ölkəsi arasında bu istiqamətdə daha geniş əməkdaşlıq olacaq” - Klaar bildirib.
Onun sözlərinə görə, eyni ərazidə yerləşən üç ölkənin nəqliyyat, enerji, ekologiyanın mühafizəsi və digər məsələlər də daxil olmaqla əməkdaşlıq sahələrini tapmağa çalışması məntiqli olardı.
Klaarın açıqlamasına münasibət bildirən Elxan Şahinoğlu söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Tiflisin vasitəçiliyinə tərəfdardır və bu mövqeyini gürcü rəsmilərə də çatdırıb: “Ermənistan Baş naziri Nikol Paşinyandan isə xəbər yoxdur. Tiflis uzun müddətdir ondan cavab gözləyir. Moskva və Brüsseldə görüş keçirməkdənsə, sülhdə və əməkdaşlıqda daha çox marağı olan Tiflisdə görüş keçirmək hamı üçün faydalıdır.
Azərbaycan və Ermənistan danışıqlar aparmaq üçün daimi işçi komissiya yarada da bilər və həmin qrupun daimi müzakirə yeri kimi Tiflisi seçilə bilər.
Brüssel və Vaşinqton da Tiflisin vasitəçiliyini dəstəkləyir. Amma bu, Kremlin xoşuna gəlməyəcək, ancaq Bakı və İrəvan Tiflisin üzərində dayanandan sonra Moskva bu vasitəçiliyə mane ola bilməyəcək”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş