
Rusiya ABŞ ilə nüvə silahlarına nəzarət üzrə əsas sazişi pozur və nüvə obyektlərinin təftişinə icazə verməkdən imtina etməkdə davam edir.
CNN xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi bildirib.
"Rusiya Yeni START Müqaviləsi çərçivəsində öz ərazisində təftiş fəaliyyətlərini asanlaşdırmaq öhdəliyini yerinə yetirmir. Rusiyanın təftiş fəaliyyətlərini asanlaşdırmaqdan imtina etməsi ABŞ-ın müqavilə üzrə mühüm hüquqlarını həyata keçirməsinə mane olur" - Departament rəsmisi qeyd edib.
Conflict.az