Sizin reklam burada
Sizin reklam burada

"Qərb ölkələrinin liderləri ilə danışmışam"

 "Qərb ölkələrinin liderləri ilə danışmışam"
"Rusiya böyük qisas üçün hazırlıqlara başladı. Lakin biz onları dayandırmağa hazırıq".
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski yanvarın 30-da keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun hücumunu dayandırmağa hazırdır. O, əlavə edib ki, Kiyev özünün böyük əks-hücumuna hazırlaşacaq.
"Biz kəşfiyyat məlumatlarını öyrənirik, məlumatları tərəfdaşlarla paylaşırıq. Kəşfiyyatın yenidən Rusiya hücumunun riskləri barədə məlumat almağa başladığı andan mən Qərb ölkələrinin liderləri ilə danışmışam" - Zelenski deyib.
Bundan əvvəl NATO rəhbəri Yens Stoltenberq də Rusiyanın hazırda yeni hücuma hazırlaşdığını bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş