Sizin reklam burada
Sizin reklam burada

"200 nəfərlik kazarmalara iki min adamı yerləşdirmək işə yaramayacaq”

"200 nəfərlik kazarmalara iki min adamı yerləşdirmək işə yaramayacaq”
Ukraynalı hərbi ekspert Viktor Kevlyuk Rusiyanın ölkəsi ilə müharibəyə daha 500 min çağırışçını səfərbər etməsinin mümkünlüyünü qiymətləndirib.
Ekspert bu qədər hərbçinin təlimi və təchizi ilə bağlı ciddi çətinliklərin yarana biləcəyini deyib.
Kevlyuk hesab edir ki, Rusiya real olaraq 100-120, maksimum isə 150 ​​min əsgər hazırlaya bilər: “Bu hesablamaya əsasən, ritorik sual yaranır: qalan 350 min çağırışçı ilə nə edəcəklər? Onların daimi yerləşdirmə məntəqələrində yerləşə bilməsi ehtimalı azdır: çünki onları qidalandırmaq, geyindirmək, yanacaq və digər resurslarla təmin etmək lazımdır. Əks halda, artıq rus ordusu yox, rezin başmaqlı qəbilə olacaq. Amma hərbi qulluqçu kimi rəsmi qeydiyyatdan keçəcəklər. Bundan sonra nə etməli, onları harada yerləşdirməli? 200 nəfərlik kazarmalara iki min adamı yerləşdirmək işə yaramayacaq”.
Ekspert həmçinin Rusiya ərazisində tez-tez yanğın hallarını xatırladıb, qeyd edib ki, bu da əsasən özəl hərbi şirkətlərin, məsələn, “Vaqner”in hərbi-texniki əmlakının saxlandığı yerlərdə baş verir: “Bənzər aqibət yeni çağırışçılar üçün avadanlıqların olduğu anbarların da başına gələ bilər. Axı bu yolla Rusiya hərbi aparatında baş verən oğurluqları və korrupsiyanı silmək, sonra isə yanğında “Ukrayna təxribatçıları”nı günahlandırmaq çox asandır”.
Ekspert yekunlaşdırıb ki, Rusiya artıq 1920-ci illərdəki səviyyəsinə düşüb: “Moskva elementar müdafiə olmadan da fəal şəkildə cəbhə xəttinə qoşun yeridir. Ona görə də formal olaraq Kreml daha 500 min rusu səfərbər edə bilər, ancaq bunun öhdəsindən gələ bilməyəcək”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş