Sizin reklam burada
Sizin reklam burada

"Dünya Rusiyanın təcavüzünü dayandırmalıdır"

"Dünya Rusiyanın təcavüzünü dayandırmalıdır"
"Rusiya növbəti eskalasiya üçün qüvvələr toplayır, dünya Rusiyanın təcavüzünü dayandırmalıdır".
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
O qeyd edib ki, bu gün diplomatik marafonun yeni mərhələsi baş tutub - dörd Avropa lider ilə söhbət edib: Avropa Şurasının prezidenti, Belçikanın baş naziri, Estoniya prezidenti və İrlandiyanın baş naziri.
"Mən onlara döyüş meydanındakı vəziyyət barədə məlumat verdim - Donbassdakı çətin vəziyyət, Rusiyanın davamlı hücumları və Rusiyanın öz xalqını saymaması, yerlilərə aman verməməsi və heç bir cinayət əməlində dayanmaması haqqında" - Zelenski bildirib.
O vurğulayıb ki, buna Ukraynanın tərəfdaşlardan ala biləcəyi müasir hərbi texnikanın yeni səviyyəsi cavab verməlidir. Eyni zamanda o vurğulayıb ki, indi yeni güclü qərarların, yeni güclü dəstəyin vaxtı çatıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş