Sizin reklam burada
Sizin reklam burada

Məxfiliyin açılması ABŞ-ın üsullarını üzə çıxara bilər

Məxfiliyin açılması ABŞ-ın üsullarını üzə çıxara bilər
Vaşinqtonda beyin mərkəzinin binasında Co Baydenin hələ ABŞ-ın vitse-prezidenti vəzifəsini icra etdiyi dövrə aid gizli sənədlər tapılıb.
Bu barədə "CBS News" məlumat yayıb.
“Mənbələrin bildirdiyinə görə, eks vitse-prezident Baydenin mərkəzdəki ofisindən 10-a yaxın sənəd gəlib” - kanal xəbər verir.
Materialların noyabrın əvvəlində keçiriləcək aralıq seçkiləri ərəfəsində Baydenin etibarlı adamları tərəfindən aşkar edildiyi vurğulanır. Sənədlər məxfi məlumatı olmayan digər kağızların olduğu qovluqda saxlanılırdı.
Baydenin vəkilləri özləri materialları milli arxivə köçürüblər.
Baş prokuror Merrik Qarland ABŞ-ın Şimal Bölgəsi üzrə prokuroruna məxfi sənədlərin nə olduğunu öyrənməyi tapşırıb.
Bundan əvvəl ABŞ-ın “The Washington Post” nəşri FTB-nin keçmiş ABŞ prezidenti Donald Trampın malikanəsindən Çin və İranla bağlı kəşfiyyat məlumatları olan məxfi sənədləri ələ keçirdiyindən xəbər tutub.
Mənbənin sözlərinə görə, sənədlərdən birində İranın raket proqramı ilə bağlı məlumatlar yer alıb. Bu məlumatların məxfiliyinin açılması ABŞ-ın və məlumatların toplanmasında iştirak edən şəxslərin üsullarını üzə çıxara bilər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş