Sizin reklam burada
Sizin reklam burada

"Ukrayna Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün xarici silahlardan istifadə edə bilməz"

"Ukrayna Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün xarici silahlardan istifadə edə bilməz"
ABŞ Ukraynaya yeni silahları Rusiyanın tanınmış sərhədləri daxilində istifadə etməmək şərtilə verir.
Bu barədə Amerikalı jurnalist Andreas Klut “Bloomberg”dəki köşə yazısında bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək üçün xarici silahlardan istifadə edə bilməz, çünki bu, genişmiqyaslı münaqişəyə gətirib çıxara bilər.
“Rusiyanın nüvə doktrinasına görə, ölkə ərazisinə zərbə Kremlin qırmızı xəttini keçmək deməkdir” - köşə yazarı bildirib.
Qeyd edək ki, sonuncu dəfə bugünlərdə ABŞ Ukraynaya 3 milyard dollarlıq yeni hərbi yardım paketinin ayrıldığını elan edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş