
Bu ilin yanvar-noyabr aylarında Türkiyədə Rusiya vətəndaşları rekord sayda mənzil alıb.
Bu barədə Türkiyə Milli Statistika komitəsi məlumat yayıb.
Bildirilib ki, ruslar 12 921 daşınmaz əmlak alıblar.
Bu, ötən illə müqayisədə üç dəfə çoxdur. Statistikaya görə, 2021-ci ilin eyni dövründə ruslar Türkiyədə 3975 ev alıb.
Xatırladırıq ki, bu ilin əvvəlindən 100 minə yaxın İT mütəxəssisi Rusiyanı tərk edib ki, bu da işçilərin ümumi sayının təxminən 10%-ni təşkil edir.
Conflict.az