Sizin reklam burada
Sizin reklam burada

"Bunları məxfi saxlamağa çalışırıq”

"Bunları məxfi saxlamağa çalışırıq”
Rusiya və ABŞ nümayəndələri bu həftə yüksək səviyyəli məsləhətləşmələr aparacaqlar.
Bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.
Məsləhətləşmələr Rusiyada saxlanılan amerikalı Pol Uilanla bağlı olacaq.
“Uilan işi ilə bağlı Rusiya Federasiyası ilə əlaqəmizin olub-olmaması ilə bağlı suala gəlincə, bu həftə onlarla əlaqə saxlayacağıq. Mən bu barədə ətraflı danışmayacağam, çünki bütün bunları məxfi saxlamağa çalışırıq”- deyə o bildirib.
Sallivan bildirib ki, hər şey planlaşdırılmış şəkildə davam edir və qarşı tərəflə əlaqə saxlanılıb, növbəti yüksək səviyyəli məsləhətləşmənin bu həftə baş tutacağı qeyd olunub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş