Sizin reklam burada
Sizin reklam burada

"Türkiyənin BMT Konvensiyasının 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ var"

"Türkiyənin BMT Konvensiyasının 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ var"
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ilə telefon danışığı aparıb.
Telefon danışığı zamanı Türkiyə və ABŞ-ın iki NATO müttəfiqi kimi strateji prioritetlərə və ortaq maraqlara diqqət yetirməli olduğu qeyd edilib, müdafiə sənayesində davamlı əməkdaşlığın vacibliyi vurğulanıb.
Danışıqlar zamanı Türkiyənin F-16-nın alınması və modernləşdirilməsi ilə bağlı müraciətin ABŞ Konqresinin təsdiqləməsi prosesinin başa çatması ilə bağlı gözləntiləri də çatdırılıb.
Türkiyənin Suriya və İraqda PKK/PYD/YPG terror təşkilatına qarşı keçirdiyi əməliyyata da toxunulub. Bildirilib ki, terror hücumlarına məruz qalan Türkiyənin BMT Konvensiyasının 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ var. Türkiyənin hər cür terror təhlükə və təhdidlərini aradan qaldırmaq əzmində olduğu vurğulanıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş