Sizin reklam burada
Sizin reklam burada

Rusiyanın arsenalında əl atmadığı variantlar qalmayıb

Rusiyanın arsenalında əl atmadığı variantlar qalmayıb
Nüvə silahından istifadə ehtimalı istisna olmaqla, Qərb Rusiyadan mümkün eskalasiyadan getdikcə daha az qorxur.
Bu qənaətə “The New York Times” qəzetində dərc olunan məqalənin müəllifləri gəlib.
Jurnalistlərin qeyd etdiyi kimi, Ukrayna Rusiyanın strateji bombardmançılarının Engels və Ryazandakı bazalarına endirilən zərbələrin arxasında nəyin dayandığını rəsmən bildirməyib. Onların fikrincə, istər məmurlar, istərsə də vətəndaşlar getdikcə daha çox əmin olurlar ki, nüvə eskalasiyası istisna olmaqla, Rusiyanın arsenalında əl atmadığı variantlar qalmayıb.
Oxşar nöqteyi-nəzəri “The New York Times”ın üz tutduğu Qərb ekspertləri də paylaşır.
London Kral Beynəlxalq Münasibətlər İnstitutunun keçmiş rəhbəri Robin Niblett qəzetə bildirib ki, Rusiya onsuz da eskalasiyaya gedib: “Moskva müharibənin strateji kontekstini dəyişdirmək, yəni Ukraynanı danışıqlar masası arxasına oturmağa məcbur etmək və avropalıları ölkəni bərpa etmək hər gün daha bahalaşması ilə bağlı xəbərdar etmək üçün Ukrayna infrastrukturunu məhv edir”.
Eyni zamanda, Almaniyadan olan beynəlxalq siyasət üzrə mütəxəssis Ulrix Şpek qeyd edib ki, Rusiyanın xüsusilə nüvə silahlarının köməyi ilə qarşıdurma dərəcəsini kəskin şəkildə artırmaq hədələri getdikcə boş təhdidlərə bənzəyir.
Qəzet xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putinə dünya səhnəsindəki dostları, o cümlədən Çin Sədri Si Cinpin və Hindistanın Baş naziri Narendra Modi bunu etməməyi tövsiyə edib, ABŞ isə belə hərəkətlərin fəlakətli fəsadları barədə xəbərdarlıq edib.
Şpek yekunda vurğulayıb ki, NATO və Vaşinqton “razılığa gəliblər ki, ukraynalılar prosesi irəli aparır və zaman keçdikcə Rusiyanın eskalasiyası qorxusu azalıb”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş