Sizin reklam burada
Sizin reklam burada

"Raket sistemlərinin istehsalı üçün 431 milyon dollarlıq müqavilə imzalandı"

"Raket sistemlərinin istehsalı üçün 431 milyon dollarlıq müqavilə imzalandı"
Pentaqon və "Lockheed Martin" hərbi-sənaye korporasiyası ABŞ Ordusu və Vaşinqtonun xaricdəki tərəfdaşlarının ehtiyacları üçün HIMARS (High Mobility Artillery Rocket System) çoxsaylı buraxılış raket sistemlərinin istehsalı üçün təxminən 431 milyon dollarlıq müqavilə imzalayıb.
Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb .
""Lockheed Martin" Korporasiyası HIMARS MLRS-nin tam miqyaslı istehsalı və dəstək xidmətləri üçün 430,930,711 ABŞ dolları məbləğində sabit qiymətli müqaviləyə layiq görülüb" - deyə məlumatda bildirilir.
Oktyabr ayında Amerikanın "Lockheed Martin" şirkətinin rəhbəri MLRS HIMARS istehsalının artdığını açıqlamışdı.
"HIMARS-a gəlincə, biz hasilatın ildə 96 ədədə qədər artırılmasını planlaşdırmaq üçün artıq uzunmüddətli tədarükçülərimizlə görüşmüşük" - korporasiya rəhbəri investorlarla görüşdə bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş