Sizin reklam burada
Sizin reklam burada

"Döyüşlər Ukrayna - Rusiya hüdudlarından kənara çıxıb"

"Döyüşlər Ukrayna - Rusiya hüdudlarından kənara çıxıb"
Kiberməkanda Rusiya Ukraynanı raketlərlə vurduğu kimi, eyni intensivliklə kiberməkanda da hücumlarını davam etdirir. Və bu döyüşlər çoxdan Ukrayna və ya Rusiyanın hüdudlarından kənara çıxıb, biz tez-tez ABŞ hava limanları və ya Estoniya banklarına kiber-hücumlar edilməsi ilə bağlı xəbərlərə rast gəlirik.
Bunu Ukraynanın Xüsusi Rabitə üzrə Dövlət Xidmətinin sədri Yuri Şçiqal banklara edilən kiberhücumlarla bağlı danışarkən deyib.
O bildirib ki, Ukrayna banklarını vurmaq üçün Rusiyanın son hədələri də kiberməkanda reallaşacaq.
Onun sözlərinə görə, banklara hücumlar adi vətəndaşlar üçün belə bank xidmətlərini əlçatmaz edir: “Belə bir hücumun məqsədi hələ də Ukraynanın bütün infrastrukturunu məhv etmək olaraq qalır”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ