Sizin reklam burada
Sizin reklam burada

"Dəmiryolları və bank sistemi mərkəzlərinə zərbələr endirəcəyik"

"Dəmiryolları və bank sistemi mərkəzlərinə zərbələr endirəcəyik"
"Ukraynada işğın, suyun, istiliyin olmaması boş şeydir, əsas odur ki, sənaye dayanıb".
"Biz indi enerji sistemi ilə məşğuluq, onu tamamilə məhv edəndən sonra dəmiryolları və bank sistemi mərkəzlərinə zərbələr endirəcəyik".
Rusiya Ukraynanın dəmiryol qovşaqlarına və bank sisteminə zərbələr endirməlidir.
Bu barədə Rusiyanın "Tsarqrad" telekanalının efirində hakim "Vahid Rusiya" partiyasından Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulyov bəyan edib.
Qurulyovun sözlərinə görə, Ukraynanın yalnız mühüm infrastrukturuna zərbələrlə məhdudlaşmaq lazım deyil.
Bunun nəticəsində milyonlarla ukraynalı mənfi hərarətdə elektrik enerjisiz, susuz və istiliksiz qalıb.
"Bu gün mənə deyirlər ki, orada su, istilik yoxdur. Bunlar boş şeydir! Sənaye dayanıb-bax, əsas budur!" - Qurulyov vurğulayıb.
Lakin bu, ona Ukraynada dinc əhalinin həyatını tamamilə dağıtmaq üçün kifayət etməyib. Deputat daha qəddar tədbirlərin görülməsini tövsiyə edib.
"İkinci məqam dəmir yollarının idarəetmə mərkəzidir" - Qurulyov bəyan edib və qeyd edib ki, belə zərbə üçün cəmi bir raket lazım olacaq.
Bu, körpüləri dağıtmaqdan daha qənaətedicidir. "Bir körpünü partlatmaq üçün 10 raket gərəkdir" - general deyib.
Aparıcının "Nədən Rusiya Silahlı Qüvvələri indiyədək dəmiryolları mərkəzlərinə zərbələr endirməyib?" - sualına Qurulyov cavabında deyib ki, bu, prioritet məsələsidir.
"Bax, indi biz enerji sistemi ilə məşğuluq. Sonadək məhv edəcəyik. Bundan sonra təkcə logistika deyil ki.
Məsələn, bank infrastrukturu var. Hazırda əgər bank əməliyyatları mərkəzlərini bombalasaq, hər çey dayalacaq, yəni heç yerə pul köçürə bilmirsən, kartlar işləmir, ödəniş edə bilmirsən" - Rusiya hərbi komandanlığının planları belədir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş