Sizin reklam burada
Sizin reklam burada

"Ukrayna ordusu üstünlükdən istifadə etsə, Rusiyanın məğlubiyyəti yaxın olacaq"

"Ukrayna ordusu üstünlükdən istifadə etsə, Rusiyanın məğlubiyyəti yaxın olacaq"
“Xersonun azad edilməsindən sonra müharibə yeni mərhələyə qədəm qoyub”.
Bunu israilli hərbi ekspert David Şarp deyib.
Onun fikrincə, Ukrayna ordusu bu üstünlükdən səmərəli şəkildə istifadə etsə, Rusiyanın məğlubiyyəti bir o qədər yaxın olacaq.
“Xersona təchizat xeyli çətinləşəndə ruslar geri çəkilməyə məcbur oldular. Şəhəri saxlamaq onlara həm strateji, həm də canlı qüvvə itkisi baxımından çox baha başa gəldi” - Şarp vurğulayıb.
Ekspert qeyd edib ki, rus qoşunlarının çıxarılmasından sonra cəbhə xətti xeyli kiçilsə də, Xerson vilayətinin sol sahilində qüvvə toplamağa başlayıblar.
“Elə bir mərhələyə qədəm qoyuruq ki, Rusiya ordusunun açıq zəif nöqtəsi görünmür. İndi isə Xersonla bağlı məsələdən kimin yararlanacağı çox vacibdir. Baxmayaraq ki, baxanda hər şeyin əvvəlki kimi davam etdiyi və əvvəlkindən heç də fərqlənmədiyi görünür, amma bu, əsas məqamdır və müharibənin yeni mərhələsidir” - Şarp qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş