Sizin reklam burada
Sizin reklam burada

"Hakimiyyət ölkənin müdafiə qabiliyyətini qəsdən zəiflədir"

"Hakimiyyət ölkənin müdafiə qabiliyyətini qəsdən zəiflədir"
"Fransa Kiyevi silahlandırmağı dayandırmalıdır, çünki bu, öz təhlükəsizliyini əhəmiyyətli dərəcədə təhdid edir".
Müvafiq bəyanatla Fransanın “Milli Assosiasiya” fraksiyasının rəhbəri Marin Le Pen çıxış edib.
"Fransa Kiyevə silah tədarükünü dayandırmalıdır. O, öz təhlükəsizliyi hesabına Ukraynaya kömək edə bilməz" - France Enfo onun sözlərindən sitat gətirib.
Le Pen qeyd edib ki, Paris Fransanın özündə çatışmayan avadanlıqları Ukraynaya ötürür. Nəticədə Fransa hakimiyyəti ölkənin müdafiə qabiliyyətini qəsdən zəiflədir.
Daha əvvəl bildirilmişdi ki, Qərb ölkələrinin arsenalları Ukraynaya daimi silah tədarükü səbəbindən sürətlə tükənir. “Le Monde” qəzetinin yazdığına görə, Kiyevə hərbi yardım göstərən təşkilatların təcili olaraq yenidən silah təchizatına ehtiyacı var, əks halda onlar daha Kiyevə kömək edə bilməyəcəklər.
Xüsusilə, ABŞ və digər Qərb ölkələrinin arsenallarındakı ehtiyatlar sürətlə tükənir. Onlar artıq hərbi planlaşdırma və əsgər hazırlığı üçün lazım olan səviyyədən aşağı düşüblər.
Belə ki, bu yaxınlarda ABŞ Ukraynaya göndərilmək üçün Cənubi Koreyadan mərmi almağa məcbur olub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş