Sizin reklam burada
Sizin reklam burada

"İran özünün strateji qlobal və regional təhlükə olduğunu sübut edib"

"İran özünün strateji qlobal və regional təhlükə olduğunu sübut edib"
İsrailin müdafiə naziri Benni Qants cümə axşamı amerikalı həmkarı Lloyd Ostin ilə telefonda İrandan gələn təhlükə barədə danışıb və ona ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyinə görə təşəkkür edib.
Bu barədə yəhudi dövlətinin müdafiə departamentinin mətbuat xidməti məlumat yayıb.
“Müdafiə naziri Benni Qants bu gecə ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə söhbət edib. O, vurğulayıb ki, İran xüsusilə son dövrlərdə özünün strateji qlobal və regional təhlükə olduğunu sübut edib. Qants qeyd edib ki, belə bir çağırış qarşısında əməkdaşlığın gücləndirilməsi hər zamankından daha vacibdir. O, ABŞ-İsrail əməkdaşlığının dərinləşdirilməsinə sadiqliyinə və son iki il ərzində tərəflər arasında davamlı əlaqəni saxladığına görə Ostinə təşəkkür edib” - məlumatda bildirilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş