Sizin reklam burada
Sizin reklam burada

"Qarşıdurmanın azaldılmasına və nizamlanmaya yönələn hər şeyi dəstəkləyirik”

"Qarşıdurmanın azaldılmasına və nizamlanmaya yönələn hər şeyi dəstəkləyirik”
Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası üçün ilkin şərtlər mövcuddur.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Biz öz növbəmizdə nizamlanmaya yönəlmiş istənilən səyləri həmişə alqışlayırıq. Buna görə də bunun necə əlaqələndirilməsinə gəlincə, bu, təbii surətdə uyğundur" - Rusiya Prezidenti Praqada Aİ-nin təşkil etdiyi toplantının Soçidəki üçtərəfli zirvə görüşü ilə müqayisə edilib-edilmədiyi sualına cavabında bildirib.
“Və biz qarşıdurmanın azaldılmasına və nizamlanmaya yönələn hər şeyi dəstəkləyirik” - Putin əlavə edib.
"Sülhməramlılara gəlincə, bu, münaqişəyə son qoyulan 2020-ci ilin noyabrında bizim birgə bəyanatımızda qeyd olunub. Burada əlavə ediləcək heç nə yoxdur. Biz bu barədə danışmışıq". Bu, bizim birgə razılaşmamızı tələb edir” - Putin qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş