Sizin reklam burada
Sizin reklam burada

"Lukaşenkonun son çıxışını sədrliyə hazırlıq saymaq olar"

"Lukaşenkonun son çıxışını sədrliyə hazırlıq saymaq olar"
Növbəti ildən Belarus KTMT-yə sədrliyə başlayacaq və bu, təkilatın avtoritetini yalnız yüksəldəcək.
Bu sözləri BelTA-ya açıqlamasında rusiyalı hərbi ekspert, “Mülki müdafiə” jurnalının baş redaktoru, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
“KTMT-yə sədrlik gələn ildən Belarusa keçəcək. Və Aleksandr Lukaşenkonun KTMT iclasındakı son çıxışını sədrliyə hazırlıq saymaq olar. Fikrimcə, KTMT-ni çox yaxşı günlər gözləyir. Biz çalışacağıq ki, mümkün qədər çox ölkə KTMT-də müşahidəçi statusu ala bilsin. Lukaşenko təşkilata rəhbərlik etdiyi müddətdə bu qurumun hörmətinin artdığını görəcəyik” - Korotçenko bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ