Sizin reklam burada
Sizin reklam burada

"Silahların ələ keçirməsinə qarşı plan hazırlandı"

"Silahların ələ keçirməsinə qarşı plan hazırlandı"
ABŞ Ukraynadakı müharibə zamanı Qərb silahlarının Rusiya tərəfindən ələ keçirməsinə qarşı plan hazırlayıb.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Dövlət Departamentinin Qərb silahlarının ələ keçirilməsinə qarşı mübarizə planına əsasən, Ukraynada və qonşu ölkələrdə silah və sursatların ötürülməsi, saxlanması və yerləşdirilməsi zamanı mühafizəsi və uçotu aparılacaq, regional təhlükəsizliyin idarə edilməsi təkmilləşdiriləcək, qeyri-qanuni silah alverinin qarşısını almaq, aşkar etmək və dayandırmaq üçün təhlükəsizlik qüvvələrinin, hüquq-mühafizə orqanlarının və sərhəd nəzarəti orqanlarının potensialı inkişaf etdiriləcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş